"Qalatasaray" 15 yaşlı futbolçunu transfer etdi
Türkiyənin "Qalatasaray" klubu sürpriz bir transfer gerçəkləşdirib.

İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "Cim Bom" hücumçusu Məhmət Batdalın "İstanbul BB" klubuna transfer olunduğunu bildirib.

Bunun qarşılığında isə son Türkiyə çempionu "İstanbul BB" klubunun 15 yaşlı futbolçusu İbrahim Demirbağını komandaya gətirib.

Xatırladaq ki, 2010-ci ildə Qalatasaray"a transfer olunaraq gözlənilənləri verməyən Batdal ötən mövsüm "Bucaspor"da icarə əsasında forma geyib.

Qeyd edək ki, Demirbağ U-15 liqasının son mövsümündə 31 qol vurub.

Xəbər 821 dəfə oxundu.