Saldado rəsmən Premyer liqada
"Valensiya"nın futbolçusu Roberto Soldado növbəti mövsümdən İngiltərə Premyer liqasında forma geyəcək.

İspan hücumçu "Tottenhem"ə transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Oyunçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacağı bildirilib. Trasnferin qiymti və müqavilə müddəti ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Soldado "Valensiya" forması ilə iştirak etdiyi 146 matçda 80 qol vurub.

Xəbər 871 dəfə oxundu.