Keniya millisinin üzvü "Simurq"da
"Simurq" heyətini daha bir legioner futbolçu ilə gücləndirib.

İdman.com.az-ın klubun saytına istinadən yadığı xəbərə görə, Avstriyadakı təlim-məşq toplanışında baxışda olmuş Patrik Osiako artıq Zaqatala təmsilçisi ilə rəsmi müqavilə bağlayıb. Növbəti bir ildə keniyalı yarımmüdafiəçi "Simurq"un uğurları üçün mübarizə aparacaq. 26 yaşlı futbolçu "8" nömrəli formanı geyinəcək.

Patrik Osiakonun son klubu İsrailin "Hapoel Ber Şeva" kollektivi olub. Bundan əvvəl isə İsveçin "Melbyu", Rumıniyanın “Petrolul” klublarında karyerasını davam etdirib. Patrik həmçinin ölkəsinin yığma komandasınında üzvüdür.

Xəbər 1038 dəfə oxundu.