Beynəlxalq veloyürüşün iştirakçıları Azərbaycanda
Belçikanın Brügge şəhərindən 74 yaşlı Kristof Hurtekantın rəhbərliyi altında iyulun 1-də start götürən və Almaniya, Avstriya, Rumıniya, Bolqarıstan, Türkiyə və Gürcüstandan keçməklə iyulun 29-da Azərbaycan ərazisinə daxil olan velosipedçilərin Balakən-Şəki-Şamaxı-Bakı marşrutu üzrə yürüşü davam edir.

İdman.com.az saytı xəbər verir ki, Belçika, Niderland və İtaliya vətəndaşlarından ibarət velosipedçilər qrupu Şəkidən dağlıq ərazilərdən keçməklə 165 kilometr yol qət edərək iyulun 31-də Şamaxıya gəliblər.
Qonaqlar avqustun 1-də səhər saatlarında Bakı şəhərinə yola salınacaqlar.

Avropalı idmançıları respublikamızın ərazisində Gənclər və İdman Nazirliyinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının məsul işçiləri müşayiət edirlər.

Xəbər 947 dəfə oxundu.