Riberi: “Daha da güclü olacağıq”
"Bavariya"nın futbolçusu Frank Riberi Pep Qvardiola və yeni transferlərlə birgə daha güclü olduqlarını deyib.

Bundesliqanın rəsmi saytına danışan fransız yarımmüdafiəçi deyib ki, bu dəyişiklər olmasaydı, digər klublar komandanın oyun sisteminə uyğunlaşacaqdı: "Ötən mövsüm bütün titulları qazandıq. Komandada dəyişiklik olmasaydı, rəqiblərimiz heyətimizə və oynadığımız futbola qısa bir zamanda uyğunlaşacaqdı. Yeni sistemimiz gözlənildiyindən də güclü olacaqş Artıq oyunun gedişatından bir anda fərqli taktikalardan istifadə edirik".

Riberi həmçinin bildirib ki, yeni mövsümdə bütün rəqib komandalar onları məğlub etməyə həvəsli olacaq: "Ancaq bizim hədəflərimiz dəyişməyib. Yenidən bundesliqanı, Çempionlar Liqasını qazanmaq istəyirik".

Xəbər 836 dəfə oxundu.