Ronaldo möhtəşəm təklifi qəbul etmədi
“Real”ın hücumçusu Kriştiano Ronaldo PSJ-nin fantastik təklifinə “yox” deyib. Paris təmsilçisi Ronaldoya ildə 22 milyon avro təklif etsə də, qarşı tərəfdən rədd cavabı alıb.

Daha öncə “Monako” və “Mançester Yunayted” komandaları da Ronaldoya illik 18 milyon avro təklif etmişdi. Lakin portuqaliyalı futbolçu hər iki komandanın təklifini rədd edərək Madriddə qalmaq istədiyini açıqlamışdı.

Xəbər 863 dəfə oxundu.