Gənc pəhləvanlarımız dünya birinciliyində

Bu gün Rumıniya paytaxtı Buxarestdə gənc güləşçilərin dünya birinciliyi start götürür. İlk yarış günü 4 yunan-roma güləşçimiz döşək üzərinə çıxacaq. 50 kq çəkidəki təmsilçimiz Vilayət Qəhrəmanlı yarışa 1/8 finalda erməni güləşçi Rudik Mkırtıçyanla qarşılaşma ilə başlayacaq. 60 kq-da Orxan Paşayev 1/16 finalda Mate Koşnay (HUN) – İdalqo Mendes (MEX) görüşünün qalibi ilə üz-üzə gələcək. 74 kq-da Toğrul Yunuslu ilk qarşılaşmasını 1/16 finalda moldovalı İqor Besliqaya qarşı keçirəcək. 96 kq-dakı güləşçimiz Hacımurad Çöpsiyev isə dünya birinciliyinə 1/8 finalda alman Peter Ohlerlə görüşü ilə start verəcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 16:00-da başlanacaq.

Xəbər 993 dəfə oxundu.