Levandovski: “Məni aldadırlar”
Dortmund “Borussiya”sının hücumçusu Robert Levandovski klub rəhbərliyinin onu aldatdığını güman edir. Futbolçu bunu mətbuata açıqlamasında deyib:

“Gizlətmirəm , özümü alladılmış hiss edirəm. Klub nümayəndələri üzümə bir söz deyib , başqa cür etdilər, Çox kədərliyəm, çünki mən vədləri çox ciddi qiymətləndirirəm. Mən özüm verdiyim sözün üzərində dayanmağa çalışıram. Məni saxlamağa çalışırlar, bu isə düzgün deyil. Buna baxmayaraq mən özümü tamamilə komandaya həsr edirəm. Bəzi futbolçularla problemim var. Lakin oyunlara motivasiyam eyni cür qalır”.

Xəbər 882 dəfə oxundu.