Daha bir ispan klubu Avroliqaya buraxılmadı
Beynəlxalq Arbitraj məhkəməsi "Malaqa"nın ardından "Rayo Valyekano"nu da Avropa Liqasına qatılmasına icazə verməyib.

Mövsümü 6-cı sırada bitirən "Malaqa" vergi borcları səbəbindən cəzalandırıldığı üçün Avropa kuboklarına "Rayo Valyekano" getməli idi. Ancaq bu klubun da borcları olduğu üçün turnirdə iştirakına icazə verilməyib.

Bu qərarın ardından İspaniya La Liqasında "Valensiya" və "Betis"dən sonra Avropa liqasına qatılacaq üçüncü klub "Sevilya" olacaq.

Xəbər 954 dəfə oxundu.