Karvalyo: "Mourinyo məğlub olduğu zaman..."
"Real" (Madrid) klubundan "Monako"ya transfer olunan Rikardo Karvalyo sabiq komandası haqda danışıb.

"Daily Mail"ə müsahibə verən portuqaliyalı futbolçu keçmiş baş məşqçisi Joze Mourinyo ilə işləməyin çətinliyindən söz açıb:

"Mourinyo məğlub olduğu zaman onunla işləmək çox çətin idi. Məğlubiyyət ona görə deyil. Çünki o, məğlubiyyəti həzm edə bilmir. Ancaq məncə, bu onun öz işinə sevgisindən irəli gəlir. Hər futbolçunun onunla birlikdə yüksək səviyyəyə gəlməsini istəyir və həmişə qələbəyə oynayır. Mourinyo ilə gözəl günlərimiz olub".

Qeyd edək ki, 35 yaşlı futbolçu 2010-2013-cü illərdə "Real" (Madrid) klubunun şərəfini qoruyub.

Xəbər 896 dəfə oxundu.