Ronaldo PSJ-nin fantastik təklifini rədd etdi
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo PSJ-nin fantastik təklifindən imtina edib.

Paris təmsilçisi Ronaldoya ilinə 22 milyon avro təklif etsə də, qarşı tərəfdən rədd cavabı alıb.

Daha öncə "Monako" və "Mançester Yunayted" komandaları da Ronaldoya ilinə 18 milyon avro təklif etmişdi. Lakin portuqaliyalı futbolçu hər iki komandanın təklifini rədd edərək Madriddə qalmaq istədiyini açıqlamışdı. Bu, Ronaldonun daha bir neçə mövsüm "Real"da qalacağını söyləməyə əsas verir.

Qeyd edək ki, "Real"la 2015-ci ilə qədər müqaviləsi olan Ronaldonun komandası ilə yeni sözləşmə imzalayacağı gözlənilir.

Xəbər 842 dəfə oxundu.