Torres "Valensiya"ya keçir
İngiltərə Premyer Liqa komandalarından olan "Çelsi"nin futbolçusu Fernando Torres "Valensiya"ya keçir. Bu barədə məlumatı İspaniyanın "Superdeporte" qəzeti yazıb. Xəbərə görə, "Valensiya" Roberto Soldadonun yerini məhz Torreslə dolduracaq. Artıq "Çelsi"yə 29 yaşlı futbolçu üçün 26 milyon pound təklif olunub. 2011-ci ildə "Liverpul"dan "Çelsi"yə 50 milyon avroya keçən futbolçunun dəyərinin indi 23 milyon avro olduğu deyilir. Qeyd edək ki, Torres "Çelsi" forması ilə çıxdığı 82 oyunda 15 qol vurub.

Xəbər 850 dəfə oxundu.