Camal Rəhimov yenə fərqləndi

Azərbaycan Atçılıq Federasiyasının (AAF) təşkilatçılığı və Gunay Bankın sponsorluğu ilə keçirilən beynəlxalq “Günay Kuboku” turniri başa çatıb. Yarış Azərbaycanlı çaparların uğurlu çıxışı ilə yadda qalıb. Federasiyadan idman.com.az saytına verilən məlumata görə, turnirin sonuncu günündə həmyerlimiz Camal Rəhimov “Platin” ləqəbli atla “Günay Bank”ın mükafatı uğrunda yarışların qalibi olub. Ümumi mükafat fondu 124 min ABŞ dolları olan turniri digər çaparımız - Seyid Musayev üçün də uğurlu alınıb. O, “Nabad de Belou” ləqəbli atla gümüş medala layiq görülüb. Polşa idmançısı Alessandro Lussioni isə “Kalinka” ləqəbli atla ilk “üçlüyü” qapayıb.
Bir gün öncə keçirilən “Günay maliyyə”nin mükafatı uğrunda yarışda 1-ci yeri “Papirus” ləqəbli atla həmyerlimiz Gennadi Qaşıbəyazov tutub. Polşalı Aleksandra Lusina “Kalinka” ləqəbli atla 2-ci, Digər həmyerlimiz Hikmət Musayev isə “Layt Limerik” ləqəbli atla 3-cü olub. Turnirdə Azərbaycanlı idmançılarla yanaşı Gürcüstan və Polşadan olan çaparlar da mübarizə aparıblar. Beynəlxalq turniri Türkiyə, İran və Rusiyadan dəvət olunan hakimlər idarə ediblər. Xatırladaq ki, 2012-ci ildə London Yay Olimpiya Oyunlarına lisenziya xalı verən turnirdə Rəhimov 50, Musayev 45, Lussioni isə 40 xal qazanıblar.

Xəbər 1322 dəfə oxundu.