"Qarabağ"ın oyununda hakim dəyişikliyi baş verdi
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Qefle" (İsveç) qarşılaşmasına təyinatda dəyişiklik edilib. Fransalı referi köməkçisi Djemel Zitouninin əvəzinə bu oyunda Türkiyəni təmsil edən Serkan Ok yan xətt hakimi funksiyasını yerinə yetirəcək:

"Qarabağ" - "Qefle" (İsveç)

Hakimlər: Nicolas Rainville (Fransa), Stephan Luzi (Fransa), Serkan Ok (Türkiyə), Sebastien Desiage (Fransa)

Xəbər 877 dəfə oxundu.