Siyəzəndə rayon çempionatı keçirilib
30-31 iyul tarixlərdə Siyəzən rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasına həsr olunmuş gənclər arasında dama üzrə rayon çempionatı keçirilib.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Siyəzən rayon komitəsi ilə birgə şəhər mədəniyyət sarayında keçirilən çempionatda müxtəlif yaşlarda olan gənclər iştirak ediblər.

Yarışın keçiriliməsində məqsəd dama idman növünün inkişaf etdirilməsi, ona marağın artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsi olub.

Yekun nəticələrə görə, birinciyə İlyasov İlyas, ikinciyə Qədirli Cavad, üçüncü yerə Xəlfəyev Davud layiq görülüb.

Sonda qaliblər rayon Gənclər və İdman idarəsi və MİHİ Siyəzən rayon komitəsi tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 938 dəfə oxundu.