UEFA "Dinamo"nu cəzalandırdı
UEFA İntizam Komitəsi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunu cəzalandırıb.

Buna "Dinamo" azarkeşlərinin irqçi davranışları səbəb olub.

Məhz bu səbəbdən UEFA komandanın Avrokuboklarda ev matçlarını keçirdiyi "Maksimir" stadionun şərq tribunasını bir oyunluq azarkeşlərin üzünə bağlayıb. Üstəlik son Xorvatiya çempionuna 25 min avro pul cəzası da kəsilib.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən "Dinamo" - "Fola Eş" matçında (1:0) meydan sahiblərinin azarkeşləri irqçi davranışları ilə diqqət çəkmişdi.

Xəbər 888 dəfə oxundu.