"Çelsi"nin hücumçusu "Valensiya"nın hədəfində
"Çelsi"nin hücumçusu Fernando Torres futbolçu karyerasını yenidən vətəni İspaniyada davam etdirə bilər.

Roberto Soldadonu 26 milyon funt-sterlinqə "Tottenhem"ə satmağı planlaşdıran "Valensiya" hücum xəttini Torresi transfer etməklə doldurmağı planlaşdırır.

London klubunun çalışdırıcısı Joze Mourinyonun "Mançester Yunayted"in hücumçusu Ueyn Runini transfer etmək istədiyi üçün ispan futbolçunun komandadan ayrılmasına razılıq verəcəyi bildirilir.

Qeyd edək ki, Torres 2011-ci ildə 50 milyon funt-sterlinq müqabilində "Liverpul"dan "Çelsi"yə transfer olunub.

Xəbər 980 dəfə oxundu.