“İnter” iki futbolçudan imtina etdi | |
“İnter” iki futbolçunun xidmətindən imtina edib. Fanat.az xəbər verir ki, Asif Mirli və Rüstəm Abbasov yeni mövsümdə Premyer Liqada çıxış etməyəcək. Belə ki, Avropa Liqasının heyətinə salınmayan futbolçular komandanın 2013/14 mövsümü üçün PFL-ə təqdim etdiyi sifariş ərizəsinə də düşə bilməyib. Qeyd edək ki, hər iki futbolçu son mövsümdə icarə əsasında “Simurq”da çıxış edib. Asif Zaqatala klubunun formasını 13 oyunda 763, Rüstəm isə 1 oyunda 13 dəqiqə geyinib. Abbasov 2011/12 mövsümünün ikinci dövrəsində də “Simurq”da çıxış edib – 12 oyun, 967 dəqiqə. |
|
Xəbər 862 dəfə oxundu. |
|
|