Droqba “Çelsi”nin məşqçisi ola bilər
“Qalatasaray”ın futbolçusu Didye Droqba “Çelsi”yə qayıda bilər. Bu barədə London klubunun baş məşqçisi Joze Mourinyo məlumat verib: “Fikrimcə, günlərin birində Droqba “Çelsi”yə qayıdacaq. O, klubun tarixində çox önəmli futbolçudur. Əslində, Didye “Çelsi”yə dönə bilər, bəlkə də məşqçi kimi...”.

Qeyd edək ki, 35 yaşlı Droqba 2004-2012-ci illərdə “Çelsi”nin şərəfini qoruyub. O, 2012-ci ildə Çinin “Şanxay Şenxua” klubuna keçib.

Xəbər 895 dəfə oxundu.