"Barselona"nın qapıçısı dünyasını dəyişib
Bu gecə "Barselona"nın əfsanəvi qapıçısı 90 yaşlı Antoni Ramallets dünyasını dəyişib. Ramallets, "kataloniyalılar"ın heyətində 1947-1962 ci illər ərzində forma geyinib. Komandada keçirdiyi 473 oyunla göstəricisi ilə o, klubun tarixində liderlər arasındadır. 35 dəfə İspaniya millisinin heyətində rəsmi qarşılaşmalara çıxan qapıçının əsas uğuru 1950-ci ildə Braziliyada keçirilən Dünya Çempionatında olub. Orada hətta ona "Marakana pişiyi" ləqəbi veriblər.

Xəbər 831 dəfə oxundu.