Maradona növbəti dəfə gündəmə gəlib
Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona növbəti dəfə gündəmə gəlib. 52 yaşlı argentinalı mütəxəssis fotoqraf Enrike Medinaya hücum edib. Fotoqrafın sözlərinə görə, o, Maradonanın şəklini çəkmək istəyirdi, amma buna razı olmayan Dieqo heç nə demədən ona iki zərbə endirib. Bundan əlavə, Medina Argentina milli komandasının sabiq baş məşqçisinin həmin vaxt özünü idarə edə bilmədiyini də bildirib.

Qeyd edək ki, Maradona sonuncu dəfə (2011-2012) BƏƏ-nin “Əl-Vəsl” klubunu çalışdırıb.

Xəbər 857 dəfə oxundu.