“Bakı” növbəti transferini gerçəkləşdirir
“Bakı” növbəti transferini gerçəkləşdirir. "Zolaqlılar" ispaniyalı mərkəz müdafiəçi Pedro Mario Alvareslə anlaşıb. 31 yaşlı arxa xətt oyunçusu 2 il “Bakı”nın şərəfini qoruyacaq. Son 2 ili “Betis”də keçirən mərkəz müdafiəçisi karyerası ərzində "Amoros", “Atletiko”nun B komandası, “Xetafe”, “Valyadolid” və “Rekreativo” kimi klublarda oynayıb, eləcə də 2003/04 mövsümündə icarə əsasında “Barselona”da (1 oyun) çıxış edib. Eləcə də İspaniyanın U-16, U-17, U-18 və U-21 milkilərində forma geyib

Xəbər 891 dəfə oxundu.