"Araz" daha bir futbolçunu heyətinə qatdı
Vaxtilə “Qəbələ”də çıxış edərkən əvəzedicilərin çempionatında bombardir olmuş Rəhman Musayevin yeni klubu müəyyənləşib.

“Qəbələ”dən sonra AZAL-ın əsas komandasında ümidləri doğrultmayaraq “yoxa çıxan” futbolçu karyerasını “Araz”da davam etdirəcək. Bu barədə Naxçıvan təmsilçisinin baş məşqçisi Əsgər Abdullayev məlumat verib.

Təcrübəli mütəxəssis bildirib ki, Musayev qarşıdakı mövsümü “Araz”da keçirəcək.

Xəbər 905 dəfə oxundu.