"Milan"ın növbəti transfer hədəfi bəlli olub
"Milan"ın növbəti transfer hədəfi bəlli olub. Milan təmsilçisi "Sportinq"in müdafiəçisi Markos Roxonu heyətinə qatmaq istəyir. "Milan" Argentina millisinin 23 yaşlı müdafiəçisinə zədələnən Daniel Boneranın əvəzləyicisi gözüylə baxır. Xatırladaq ki, Bonera 3 aylıq sıradan çıxıb.

Son mövsümdə Portuqaliya çempionatında 24 matça çıxan Roxo 1 qol vurub.

Xəbər 805 dəfə oxundu.