“Beşikaş” yeni transferini açıqladı
“Beşiktaş” yeni transferini birjaya bildirib. “ağ-qaralar” Maykl Eneramo ilə iki illik müqavilə imzaladığı açıqlanıb.

Müqavilənin şərtlərinə əsasən Eneramo 2013/14 və 2014/15 mövsümü üçün 1 milyon 200 min avro alacaq. Bundan başqa hər matç üçün 10 min avro qazanacaq. Əgər futbolçu ikinci mövsümdə 30 rəsmi matçda yer alarsa, müqavilə 2015/16 mövsümünü də əhatə edəcək.

Xəbər 828 dəfə oxundu.