Bekhem Amerikada Madrid "Real"ını ziyarət etdi
İngiltərə futbolunun canlı əfsanəsi Devid Bekhem sabiq komandası "Real" (Madrid) klubunu ziyarət edib.

Sabiq ingilis futbolçu hazırda Amerikada təlim-məşq toplanışı keçən "Real"ın idman direktoru Zinəddin Zidanla da görüş keçirib.

Ötən mövsüm futbolçu karyerasını başa vuran Bekhem sabiq komandasına qarşıdakı turnirlərdə uğurlar arzulayıb.

Qeyd edək ki, 38 yaşlı Bekhem 2003-2007-ci illərdə "Real"ın şərəfini qoruyub.

Xəbər 893 dəfə oxundu.