"İtaliya millisi dünya çempionatında sürpriz edə bilər"
Rusiya millisinin baş məşqçisi Fabio Kapello İtaliya yığması haqda danışıb.

İtaliyalı mütəxəssis ölkəsinin yığmasının qarşıdakı dünya çempionatında sürpriz edəcəyinə inandığını bildirib:

"Hazırda İtaliya millisi bir sıra tanınmış simalarla maraq doğurur. Onların heyətində psixoloji cəhətdən çox güclü futbolçular cəmləşib. Çezare Prandelli də öz işinin öhdəsindən yaxşı gəlir. Düşünürəm ki, İtaliya yığması dünya çempionatında sürpriz edə bilər".

Xəbər 798 dəfə oxundu.