“Xəzər Lənkəran” da mübarizəni dayandırdı

Dünən Avropa Liqasında II təsnifat mərhələsinə yekun vurulub. Cavab görüşləri çərçivəsində baş tutan görüşlərdən biri Lənkəranda baş tutub. Tarixində ilk dəfə bu raundda oynayan “Xəzər Lənkəran” İsrailin “Makkabi” klubu ilə cavab görüşündə qalib gələ bilməyib.
Təl-Əvivdə 1:3 hesabı ilə uduzan Azərbaycan kubokunun qalibi üçün Lənkərandakı görüş əlamətdar idi. Avrokuboklarda yubiley – 10-cu matçına çıxan “Xəzər Lənkəran” doğma stadiondakı 2-ci oyununda da qələbə qazana bilmədi. Cənub təmsilçisi prinsial rəqibi “Neftçi” kimi ev görüşündə qolsuz bərabərlik əldə edərək, onun aqibəti ilə üzləşdi.

Xəbər 939 dəfə oxundu.