Messi daha bir mükafata layiq görülüb
"Barselona"nın futbolçusu Lionel Messi daha bir mükafata layiq görülüb.

Argentinalı hücumçu "goal.com" saytının versiyasına görə mövsümün 50 ən yaxşı oyunçusu arasında birinci olub.

Bununla da, Messi bu mükafatı üçüncü dəfə qazanıb. Argentinalı oyunçu yenidən bu mükafatı aldığı üçün qürur hissi keçirdiyini bildirib: "Şəxsi mükafatlar əslində bizim üçün o qədər də önəmli deyil. Ancaq bunlar bizə güc verir".

Qeyd edək ki,bu siyahıda "Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi ikinci, 2012-ci ildə bu mükafatı qazanan "Real"ın futbolçusu Kriştiano Ronaldo isə üçüncü olub.

Xatırladaq ki, Messi son mövsüm "Barselona" forması ilə çıxdığı 50 rəsmi matçda 60 qol vurub.

Xəbər 931 dəfə oxundu.