Klopp iddialı açıqlamalar verib
“Borussiya”nın (Dortmund) baş məşqçisi Yurgen Klopp iddialı açıqlamalar verib.

ZDF-ə danışan alman mütəxəssis "Bavariya"nın özlərinə rəqib görmədiklərini deyib:

"Hər zaman söylədiyim kimi, əgər "Bavariya" ilə oynayırıqsa, qələbə qazanmaq istəyirik. Ancaq onlar bizim rəqibimiz deyil. Bizim əsl rəqibimiz bundesliqada olan digər 16 klubdur. Çünki Münhen təmsilçisi liqanın ən yaxşısıdır" - deyə o bildirib.

Almaniya mətbuatı Kloppun bu açıqlamasında bir ironiya olduğunu yazıb. “Bavariya”nın baş məşqçisi Xosep Qvardiolanın isə ona nə cavab verəcəyi maraqla gözlənilir.

Xəbər 903 dəfə oxundu.