Qadınlar arasında şəxsi Avropa Çempionatı
Serbiyanın paytaxtı Belqradda şahmat üzrə qadınlar arasında 14-cü şəxsi Avropa Çempiontında 6-cı turun oyunları başa çatıb.

6-cı turda Gülnar Məmmədova İtaliyan şahmatçısı Tea Gueci, Xəyalə Abdulla Rusiya şahmatçısı Tatiana Bogomil, Nərmin Kazımova isə Serbiya şahmatçısı Bogdana Nankoviç üzərində qələbə qazanıb.

Türkan Məmmədyarova Portuqaliya şahmatçısı Marqarida Koimbra ilə xalları yarı bölüb.

Nərgiz Umudova, Zeynəb Məmmədyarova, Nərmin Xələfova və Səbinə İbrahimova 6-cı turda məğlubiyyətlə üzləşiblər.

Beləliklə, Gülnar Məmmədova 4 xal, Nərgiz Umudova , Nərmin Kazımova, Türkan Məmmədyarova və Xəyalə Abdulla 3 xal, Zeynəb Məmmədyarova və Səbinə İbrahimova 2.5 xal, Nərmin Xələfova isə aktivinə 1.5 xal yazıb.

Çempionat avqustun 03-də başa çatacaq.

Xəbər 1380 dəfə oxundu.