"Çelsi"nin futbolçusu David Luisə daha bir klub "elçi" düşüb
"Çelsi"nin futbolçusu David Luisə daha bir klub "elçi" düşüb.

26 yaşlı müdafiəçini "Bavariya"nın baş məşqçisi Pep Qvardiola da komandasında görmək istəyir.

Bu transfer üçün artıq Münhen təmsilçisinin 40 milyon avroluq təklif hazırladığı bildirilir. Mourinyonun braziliyalı futbolçunu "Çelsi"də görmək istəmədiyi üçün Luisin satılıacağı iddia edilir.

Qeyd edək ki, oyunçu ilə "Barselona"da maraqlanır.

Xəbər 852 dəfə oxundu.