PSJ İbrahimoviçin məvacibini artırır
PSJ rəhbərliyi Zlatan İbrahimoviçlə yeni müqavilə haqda danışıqlara başlayıb. PSJ isveçli forvardın komandada qalması üçün onun əməkhaqqısını artırmağa hazırdı. İbrahimoviç razılıq versə, o zaman onun məvacibi ildə 15-16 milyon avro olacaq. Böyük ehtimalla, İbra bu həftənin sonuna kimi rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, bir müddət əvvəl İbrahimoviç "Real"a keçəcəyi haqda xəbərlər yayılmışdı.

Xəbər 891 dəfə oxundu.