Mourinyo: "Onu İngiltərədən ayrıldıqdan sonra tanıdım"
Mourinyo: "Onu İngiltərədən ayrıldıqdan sonra tanıdım"
"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Premyer Liqada əsas rəqiblərindən biri olan "Arsenal"ın çalışdırıcısı Arsen Venger haqqında danışıb.

Portuqaliyalı mütəxəssis "The Telegraph"a müsahibəsində Venger barədə müsbət fikirlər səsləndirib:

"Eyni liqada mübarizə apardığınız zaman insanları tanımaqda çətinlik çəkirsiniz. Mən Vengeri İngiltərədən ayrıldıqdan sonra tanımağa başladım. Onun kimi təcrübəli biri ilə futbol haqqında danışmaqdan zövq alıram və ona çox böyük hörmətim var" - deyə Mourinyo bildirib.

Qeyd edək ki, bu iki çalışdırıcının Premyer Liqada ilk qarşılaşması dekabrın 21-i baş tutacaq.

Xəbər 1018 dəfə oxundu.