“Simurq” Raul məsələsini həll edir
“Simurq”un heyətində baxışda olan futbolçu Raul Kostin məşqçilər korpusunun rəğbətini qazanıb. Çox böyük ehtimalla 28 yaşlı rumıniyalı mərkəz yarımmüdafiəçisi Zaqatala təmsilçisində saxlanılacaq. Hazırda son detalların dəyərləndirilməsi gedir. Əgər bir problem çıxmazsa, onunla müqavilə bağlanacaq.

Qeyd edək ki, sonuncu klubu “Vasluy” olan Kostin “Xəzər Lənkəran”ın da diqqət mərkəzinə düşmüşdü. Lakin “Simurq” daha cəld tərpənərək futbolçunu sərəncamına qatır. Raul “Vasluy”adək Rumıniyanın “Nasional”, “Sibiu” və “Mioveni” klublarında çıxış edib.

Xəbər 886 dəfə oxundu.