Mirça Rednik istefaya göndərildi

Mirça Rednikin “Xəzər Lənkəran” klubunun baş məşqçisi kimi fəaliyyəti başa çatıb. Ötən yay bu posta gətirilən 49 yaşlı rumıniyalı mütəxəssis Avroliqanın II təsnifat mərhələsində Təl-Əviv “Makkabi”si ilə cavab oyunundan sonra istefaya göndərilib. Buna səbəb Lənkəran təmsilçisinin avrokuboklarda mübarizəni dayandırmağı və Rednikin gətirdiyi legionerlərlə birgə fayda verməməyi olub. “Xəzər Lənkəran” bundan sonra heyətlə bağlı radikal qərarlar çıxaraq, legioner və bir sıra yerli futbolçularla yollarını ayırıb. Rednik ötən gecə ölkəmizi tərk edərək, İstanbula, oradan da evinə yollanıb. Cənub klubu onun rəhbərliyi altında çempionatımızın gümüş medalı və ölkə kubokunu qazanıb.

Xəbər 938 dəfə oxundu.