Salyanda açıq rayon turniri keçirilib
İyulun 26-da Salyan rayon Gənclər və İdman İdarəsinin və Salyan Kikboksinq idman klubunun təşkilatçılığı ilə 26 iyul Gənclər və İdman Nazirliyinin yaradılmasının 19-cu ildönümünə həsr edilmiş Kikboksinq idman növü üzrə yeniyetmə və gənclər arasında klublar arası açıq rayon turniri keçirilib.

Rayonun 3 klubu ilə yanaşı Şirvan, Sabirabad və Neftçala rayonlarının kikboksinq idman klublarından 60 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi, kikboksinq idman növünün kütləviliyinə nail olmaq, yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunu aşılamaq və perspektivli idmançıları aşkar etmək olub

Turnir Azərbaycan Kikboksinq Federasiyası tərəfindən təsdiq edilmiş qaydalara əsasən 4 yaş qrupu üzrə keçirilib.

Qaliblər Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbər 2997 dəfə oxundu.