“Ağ-qaralar”ın qazancı 0,125 reytinq xalı oldu

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarının ilk günündən sonra UEFA-nın əmsallar cədvəlində dəyişikliklər olub. 2007-2012-ci illəri əhatə edən 5 illik reytinqdə 37-ci olan Azərbaycanın mövqeyi dəyişməz qalıb. Son oyun günündə nüfuzunu növbəti dəfə sarsıdan “Neftçi” reytinqimizə 0,125 xal gətirib. Zaqreb “Dinamo”su ilə matçdakı heç-heçə ilə mübarizədən kənar qalan “ağ-qaralar”, bu mövsüm qazandığımız xalların sayını 0,875-ə çatdırıb. Bunun təxminən 71 faizi, yəni 0,625-i Ağdam “Qarabağ”ının hesabındadır. Digər 0,125 isə AZAL-ın payına düşür.

Xəbər 1045 dəfə oxundu.