Azərbaycan velosipedçiləri “Kreiz Breizh-2013”də
Bu gün Fransada elit velosipedçilər arasında “Kreiz Breizh 2013” (UCİ kat. 2.2) çoxgünlük beynəlxalq velosiped yarışı start götürəcək. İdman.com.az saytı avif.az-a istinadən xəbər verir ki, Azərbaycanə təmsil edən “Synergy Baku Cycling Projekt“ komandası bu yarışda iştirak edəcək. “Kalanhel“ – “Plouray“ marşrutu üzrə təşkil ediləcək birinci mərhələ yarışı 194 km məsafəni əhatə edəcəkdir. Komandamızı aşağıdakı idmanşılar təmsil edəcəklər.

1. Kiril Pozdnyakov
2. Riko Rogers
3. Kristof Şvayçer
4. Dan Kraven
5. Tural İsgəndərov
6. Samir Cəbrayılov

4 mərhələdən ibarət olan “Kreiz Breizh 2013” yarışının marşrutu aşağıdakı kimidir:

27 iyul 2013 1/ Kalanhel - Plouray 194 km
28 iyul 2013 2/ Karaix - Karaix (ITT) 12 km
28 iyul 2013 3/ Le Saint - Ploerdut 106 km
29 iyul 2013 4/ Plouguernevel - Rostrenen 174 km

Xəbər 947 dəfə oxundu.