“Neftçi” bu gün məşqlərə başlayır
UEFA Çempionlar Liqasında Albaniyanın “Skenderbeu” klubuna məğlub olaraq mübarizəni dayandıran “Neftçi” bu gündən etibarən məşqlərini bərpa edəcək. Komandanın hazırlığı məşqçilər korpusuna həvalə edilib.

Qeyd edək ki, Çempionlar Liqasında uğursuz çıxışdan sonra istefa verən baş məşqçi Böyükağa Hacıyevin ərizəsi klub rəhbərliyi tərəfindən qəbul olunub və müqaviləsinə xitam verilib.

Xəbər 867 dəfə oxundu.