Benzema: "Real"ın hücumçuya ehtiyacı yoxdur"
Madrid "Real"ının futbolçusu Kərim Benzema komanda yoldaşı Qonzalo İquainin klubdan ayrılmasına baxmayaraq yeni hücumçuya ehtiyac olmadığını deyib.

İdman.com.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, fransalı oyunçu komandada İquanin yerini dolduracaq Xese və Morata kimi gənc futbolçuların olduğunu deyib:

"Bu iki futbolçu komandaya çox yaxşı kömək edə bilərlər. Başqa hücumçuya ehtiyac yoxdur. Həm də ki, mən və Ronaldo var. Mən də əlimdən gələnin ən yaxşısını etməyə davam edəcəyəm. Çünki hər zaman forma geyinmək şansımın olduğunu düşünmürəm".

Xəbər 903 dəfə oxundu.