Azərbaycan - Malta matçının biletləri satışda
Azərbaycan və Malta milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununun biletləri satışa çıxarılıb. "Bakcell Arena"nın kassalarında və 28 Mall Ticarət Mərkəzində satılan biletlərin qiyməti, VİP istisna olmaqla, bütün kateqoriyalar üçün 2 AZN, VİP sektorlara isə 10 AZN-dir. Biletlərin bütün kateqoriyalar üçün 2 AZN qiymətinə satılması qeyd olunmuş oyunda millimizi stadionda dəstəkləmək istəyən azarkeşlər üçün AFFA-nın hədiyyəsidir.

Xatırladaq ki, Azərbaycan - Malta oyunu avqustun 14-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək.

Xəbər 886 dəfə oxundu.