"Xəzər Lənkəran"ın futbolçusu Türkiyə klubunda
"Xəzər Lənkəran"ın futbolçusu Türkiyə klubunda
Ötən mövsüm "Xəzər Lənkəran"da forma geyən Gökhan Güleç karyerasını Türkiyədə davam etdirəcək.

Hücumçu ölkənin ikinci liqa təmsilçisi "İnegölspor"la razılığa gəlib. Bu barədə klubun prezidenti İlhan Korkmaz jurnalistlərə açıqlamasında deyib. O, futbolçu ilə tam şəkildə razılığa gəldiklərini və Ramazan bayramı ərəfəsində rəsmi müqavilə imzalayacaqlarını bildirilib.

Klub prezidenti həmçinin Güleçə bu təklifi qəbul etdiyi üçün təşəkkürünü bildirib.

Xəbər 870 dəfə oxundu.