“Qalatasaray”ın yeni transferi
“Qalatasaray” yeni transferini artıq həyata keçirmək üzrədi. Almaniya mətbuatı “Bavariya”nın gənc ulduzu Emre Canın gələn həftə İstanbula gələcəyini bildirib.

19 yaşlı futbolçunun Münhen təmsilçisi ilə olan müqaviləsi gələn il başa çatacaq. Daha sonra Pep Qvardiolanın komandası gənc futbolçuya yeni müqavilə imzalayacaq. İstanbul təmsilçisi isə Emreni icarə əsasında heyətinə qatacaq.

Xəbər 915 dəfə oxundu.