"Piast"ın kapitanı: "Qarabağ" layiqli mübarizə apardı"
"Qarabağ" layiqli mübarizə apardı. Əlavə vaxtda yalnız bir səhvə yol verdik ki, o da qolla nəticələndi".

Bu sözləri "Piast" klubunun kapitanı Tomaş Podqorski "Qarabağ"la oyundan sonra deyib.

"Meydanda iki yaxşı komanda oynayırdı. Kimin səhvinin olduğunu söyləmək düzgün olmazdı. Bəzi oyunçular yorulmuşdular. Ancaq düşünürəm ki, bu məğlubiyyətə görə utanmamalıyıq. Əksinə gələcəkdə təkrarlanmasın deyə bu uğursuzluqdan dərs çıxarmalıyıq" - deyə T.Podqorski deyib.

Xəbər 823 dəfə oxundu.