Azərbaycanda qara cümə axşamı
“Xəzər Lənkəran” rüsvay oldu, “İnter” bir top yetmədi

Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin cavab maçtları keçirilir. İdman.com.az saytı xəbər verir ki, avroliqada mübarizə aparan “Xəzər Lənkəran” doğma divarlar arasında İsrailin “Makkabi” klubunu qonaq edib.

Səfərdə məğlub olan “ağ-yaşıllar” evdə azarkeşlərə ümid bəxş etsə də, meydanda bunun tam əksi baş verib; təmsilçimiz rəqibi önündə aciz qalıb və qapısından 8 cavabsız top buraxaraq, rüsvay olub.

Bakı “İnter”i paytaxtda Norveçin “Tromse” komandasını qonaq edib. “Xəzər Lənkəran” fərqli, “beynəlmiləlçilər” layiqli mübarizə aparıblar. Azərbaycan klubu qalib gəlsə də, 1:0-lıq qələbə ona yetməyib. Səfərdə buraxılan 2 qol həlledici olub.


Avropa Liqası, II təsnifat mərhələsi
25 iyul, cümə axşamı
Cavab matçı

“Xəzər Lənkəran” (Azərbaycan) – “Makkabi” (İsrail) - 0:8
Qol: Alon Turgeman, 8; Yaniv Katan, 9; 44; Ruben Rayos, 12 (pen); 61; Şimon Abuhazira, 26; Hen Ezra, 41; 76
İlk oyun - 0:2

“İnter” (Azərbaycan) – “Tromse” (Norveç) - 1:0
Qol: Baçana Sxadadze, 76
İlk oyun - 0:2

Xəbər 1087 dəfə oxundu.