Arifin qolu "Dənizlispor"a qələbə qazandırdı
Türkiyənin “Denizlispor” klubu Boludakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Baş məşqçisiz qalan Türkiyə təmsilçisi Gürcüstanın “Rustavi” klubunu sınağa çəkib.

Oyun “Denizlispor”un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna Arif İsayev imza atıb. Onunla yanaşı, Saşa Yunisoğlu da oyunun iştirakçısı olub.

Qeyd edək ki, bu, Saşanın yeni komandasında ilk oyunu olub.

Xəbər 1007 dəfə oxundu.