“Real”dan yeni müqavilə
Madrid “Real”ı futbolçusu Xose Rodrigeslə müqaviləni yeniləyib. “Kral klubu” 18 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin müddətini 2017-ci ilədək artırıb.

Qeyd edək ki, 2012-ci ildən “Real”ın əsas komandasının şərəfini qoruyan Rogriges İspaniyanın U-17, U-19 və U-20 millilərində çıxış edib.

Xəbər 877 dəfə oxundu.