Qvardiola "Barselona" ilə oyundan danışdı
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola sabiq klubu "Barselona"ya (2:0) qarşı oynadıqları hazırlıq matçını şərh edib.

İspan mütəxəssis bu qarşılaşmanın onun üçün əlamətdar olduğunu deyib: "Mənim üçün xüsusi bir gün idi. Azarkeş, futbolçu, baş məşqçi karyeram ərzində ilk dəfə "Barselona"ya qarşı oldum. "Barsa" hər zaman yaxşı klub olub. Bizim üçün də bu matç superkubok öncəsi yaxşı sınaq idi".

Klubun yeni transferi Tiaqo Alkantaranın da oyunu haqqında danışan Qvardiola bildirib: "O, hələ bu kluba bir həftədir gəlib. Hərəkətləri və fiziki gücü komandanın digər oyunçularından xeyli zəifdir".

Xəbər 1149 dəfə oxundu.