Elxan Məmmədov klub nümayəndələri ilə görüşüb
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov klub nümayəndələri ilə görüşüb. Görüş AFFA-nın U-19 Liqasının yaradılmasının müzakirəsi məqsədilə təşkil olunub. Əvvəlcə bu ilin mart ayında pilot layihəsi kimi keçirilmiş U-19 liqası barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, Azercell U-17 Liqada çıxış edən futbolçuların mütəmadi olaraq futbol oynaya bilməsi üçün daha yüksək yaş qrupuna aid liqanın yaradılması vacibdir. Çıxış edən "Neftçi", "Qarabağ", AZAL, "Qəbələ", "Rəvan" klublarının nümayəndələri və digər iclas iştirakçıları U-19 Liqasının yaradılması ideyasını dəstəkləyib və bunun ölkə futbolunun inkişafına müsbət təsir göstərəcəyini bildiriblər. Klublar tərəfindən U-19 Liqası ilə yanaşı U-19 Kubokunun təşkil olunması təklifi də irəli sürülüb.

AFFA-nın U-19 Liqasının yaradılması ilə bağlı məsələ İcraiyyə Komitəsinin növbəti iclasında müzakirəyə çıxarılacaq.

Xəbər 1177 dəfə oxundu.